
Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb
Elm & Texnologiya
02.09.2025
Emil Nəcəfov
10 illərlə elm hesab edirdi ki, kainatımızın böyük hissəsi bizim üçün görünməz olaraq qalır. Söhbət 2 görünməz komponentdən gedir: qaranlıq materiya və qaranlıq enerji. Ottava Universitetinin fizika professoru Rajendra Gupta qaranlıq materiya və qaranlıq enerji olmadan kainatı izah etməli olan alternativ nəzəriyyə irəli sürüb. Fizik iddia edir ki, bu cür ümumi qəbul olunmuş model inkişafa mane olur. Gupta deyir: “Əgər biz kainatımızın yaşı 26.7 milyard il olduğunu qəbul etsək, bu, qaranlıq materiyanın mövcudluğu ideyasından tamamilə imtina etməyə imkan verəcək”. Gupta-nın yanaşmasının əsasında iki konsepsiya dayanır: Covarying Coupling Constants (CCC) və “tired light” (TL). Covarying Coupling Constants konsepsiyası fundamental fiziki sabitlərin müəyyən şərtlər altında dəyişə biləcəyini və ya bu dəyişikliklərə “uyğunlaşa” biləcəyini, tamamilə sabit kəmiyyətlər olmadığını nəzərdə tutur. Məsələn, bu konsepsiya işıq sürətinin bəzən dəyişə biləcəyini qəbul edir.

Öz növbəsində, “işığın qocalması” nəzəriyyəsi uzaq qalaktikalardan gələn işığın niyə spektrin qırmızı sahəsinə sürüşdüyünü izah etməyə çalışır. Qəbul olunmuş yanaşmaya görə, qırmızı sürüşmə kainatın qaranlıq enerjinin təsiri altında sürətlə genişləndiyini göstərir və uzaq qalaktikalardan gələn işıq dalğaları uzanaraq qırmızıya doğru sürüşür. Lakin “yorğun işıq” nəzəriyyəsi fərz edir ki, fotonlar nəhəng məsafələr boyu enerji itirməyə məcbur qalır və nəticədə işıq qırmızıya tərəf sürüşür. Standart yanaşmaya görə, qaranlıq materiya kainatın təxminən 27%-ni təşkil edir. Birbaşa görə bildiyimiz adi materiya isə 5%-dən azdır. Qaranlıq enerji kainatın sürətlənən genişlənməsinə cavabdehdir. Bu ümumi qəbul olunmuş mənzərəyə əsaslanaraq alimlər iddia edirlər ki, kainatın yaşı təxminən 13.8 milyard ildir. Lakin Gupta təbiət qüvvələrinin zamanla zəiflədiyini əsas gətirir və buna görə də kainatın sürətlənən genişlənməsini izah etmək üçün qaranlıq enerjiyə ehtiyac olmadığını bildirir.

Onun fikrincə, sabitlərin dəyişməsini qəbul etsək, qaranlıq maddəyə də ehtiyac qalmır. Fizik hesab edir ki, işıq böyük məsafələr qət edərkən az miqdarda enerji itirə bilər. Alim deyir: “Standart kosmoloji nəzəriyyələrdən fərqli olaraq, harada ki kainatın sürətlənən genişlənməsi qaranlıq enerji ilə izah olunur, bizim nəticələr göstərir ki, bu genişlənmə təbiət qüvvələrinin zəifləməsi ilə əlaqədardır, qaranlıq enerji ilə yox”. Əgər onun qeyri-adi nəzəriyyəsi həqiqətən təsdiqlənsə, bu, müasir elmdə çox şeyi dəyişəcək. Bu, fon radiasiyasının izahına, qalaktikaların formalaşma və böyümə xronologiyasına, həmçinin işığın teleskoplarımıza doğru yolunda sınmasına yeni yanaşmalar təklif edəcək. Bu, həmçinin zaman anlayışımıza da təsir göstərəcək, çünki qırmızı sürüşmə artıq genişlənmənin ölçüsü olmayacaq. Bu isə Böyük partlayış nəzəriyyəsinə əsaslanan zaman şkalasını şübhə altına alacaq. Buna görə də belə iddialar ciddi yoxlama tələb edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Riyazi model Yer kürəsində həyatın spontan yaranması ehtimalını azaldır

Riyazi model Yer kürəsində həyatın spontan yaranması ehtimalını azaldır
Elm hələlik erkən Yer üzərində cansız materiyadan həyatın necə yarandığı sualına inandırıcı şəkildə cavab verə bilmir. Alqoritmik informasiya nəzəriyyəsini mürəkkəbliyi qiymətləndirmək üçün tətbiq edən ingilis riyaziyyatçısı Robert Endres sadə kimyəvi komponentlərdən ən erkən canlı hüceyrənin öz-özünə yığılması üçün nə qədər vaxt lazım olacağını təhlil edib.
Kanadalı alimlər soyuq termonüvə sintezi yolunda inqilabı addım atıblar

Kanadalı alimlər soyuq termonüvə sintezi yolunda inqilabı addım atıblar
1989-cu ilin sensasiyası adi temperatur və təzyiq şəraitində termonüvə sintezinin əldə olunması xəbəri oldu. ABŞ-dan olan iki tədqiqatçı guya ağır suda katalizator iştirakı ilə elektrokimyəvi reaksiya prosesində müsbət enerji çıxışı əldə etmişdi.
Mars mantiyasında yad formalaşmalar aşkar edilib

Mars mantiyasında yad formalaşmalar aşkar edilib
NASA InSight eniş modulu tərəfindən əldə edilən məlumatlar Marsın daxili quruluşunun unikal xüsusiyyətlərini üzə çıxarıb və onun mantiyasında yad formalaşmalar aşkar edilib.
Alimlər 14 qalaktikanı birləşdirən 5.5 milyon işıq ili uzunluqlu kosmik sapı kəşf ediblər

Alimlər 14 qalaktikanı birləşdirən 5.5 milyon işıq ili uzunluqlu kosmik sapı kəşf ediblər
Alimlər hesab edirlər ki, onlar qalaktikaları kosmik torla birləşdirən ən uzun fırlanan qalaktik sapı kəşf ediblər. Astronomlar lokal kainatı, xüsusən də qalaktikaları birləşdirən iri kosmik strukturları müşahidə ediblər.
Alimlər Yupiterin nə zaman formalaşdığını meteoritlər vasitəsilə təyin edə biliblər

Alimlər Yupiterin nə zaman formalaşdığını meteoritlər vasitəsilə təyin edə biliblər
Ərimiş süxur damcılarının - meteoritlərdə aşkar edilən kiçik qalıqların - öyrənilməsi və modelləşdirilməsi Günəş sistemindəki ən böyük planetin yaranma vaxtını müəyyən etməyə imkan verib.
Həftənin xəbərləri

