
Uranın peyki Arielin səthaltı okeana sahib olduğu ehtimal olunur
Elm & Texnologiya
01.10.2025
Emil Nəcəfov
Yeni tədqiqat göstərir ki, Uranın ən böyük peyklərindən birinin səthinin altında maye sudan ibarət yeraltı okean gizlənir. Uran Günəşdən məsafəsinə görə 7-ci planetdir və onun ətrafında 29 peyk fırlanır. Lakin ehtimal olunur ki, onların sayı daha çoxdur, sadəcə hamısı hələ kəşf edilməyib. Uranın dördüncü ən böyük peyki Ariel adlanır. Bu, Yer kürəsindən təxminən 12 dəfə kiçik olan kürə formasında buzlu bir cisimdir. Yeni araşdırmaya görə, bu peykin buzla örtülü səthinin altında maye sudan ibarət yeraltı okean mövcuddur. Alimlərin fikrincə, onun dərinliyi keçmişdə 160 kilometrdən çox ola bilərdi. Müqayisə üçün qeyd edək ki, Sakit okeanın orta dərinliyi 4 kilometrdir. Ariel həm Uranın ölçüsünə görə dördüncü peykidir, həm də bu planetin ən parlaq peyki hesab olunur. Bu isə onun günəş işığını ən çox əks etdirmə qabiliyyətinə malik olduğunu göstərir.

Peyk haqqında olan şəkillərin əksəriyyətini isə 1986-cı ildə Voyager-2 kosmik aparatı çəkib. Ariel peykinin diametri 1159 kilometrdir, yəni təxminən Yer kürəsindən 12 dəfə kiçikdir. Onun səthində həm çox qədim geoloji quruluşlar - məsələn, kraterlər, həm də daha gənc, hamar düzənliklərə bənzər sahələr mövcuddur. Bu düzənliklərin kriovulkanizm - yəni buzlu maqmanın püskürməsi nəticəsində yaranmış olduğu güman edilir. Ariel peykinin əsas xüsusiyyətlərindən biri isə çatlar və silsilələr. Bu geoloji formalar qabığın dartılması və qırılmaları nəticəsində əmələ gəlib. Alimlər Ariel peykinin daxili quruluşunu və onun orbitinin eksantrikliyini (orbital trayektoriyanın dairəvi yoldan nə dərəcədə fərqləndiyini göstərən parametr) öyrənmək istəyirdilər. Bu göstəricilər peykin səthində strukturların formalaşması üçün vacibdir. Hər iki amil Ariel Uran ətrafında fırlanarkən cazibə qüvvəsinin təsiri altında səthin necə dəyişə biləcəyinə təsir göstərə bilər.

Astronomlar aşkar ediblər ki, keçmişdə Arielin orbitinin eksantrikliyi təxminən 0.04 olub. Bu isə onun indiki göstəricisindən təxminən 40 dəfə böyükdür. Belə eksantriklik Uranın qabarma və çəkilmə qüvvələrinin təsirini gücləndirə, peyki sıxıb dartaraq səthində qırılmaların, çatların və silsilələrin yaranmasına səbəb ola bilər. Model nəticələri göstərib ki, Ariel peykinin səthinin hazırda gördüyümüz kimi görünməsi üçün ya çox nazik buz təbəqəsi altında gizlənən çox dərin okean olmalıdır, ya da orbitin daha yüksək eksantrikliyi və nisbətən dayaz okean mövcud olmalıdır. Alimlərin sözlərinə görə, hər iki halda Ariel peykinin səthinin altında maye sudan ibarət okean olmalıdır. Bu okeanın dərinliyi keçmişdə 160 kilometrdən çox ola bilərdi və mümkündür ki, indi də mövcuddur, sadəcə daha dayaz formada. Uranın qabarma və çəkilmə qüvvələri peykin buzlu daxili qatlarını əridə və bunun nəticəsində okean formalaşa bilərdi. Alimlərin nəticələrini təsdiqləmək üçün peyki yaxın məsafədən araşdırmaq lazımdır. Bunun üçün isə yeni bir Uran missiyasına ehtiyac var.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər kainatrın ən böyük simulyasiyasını işə salıblar

Alimlər kainatrın ən böyük simulyasiyasını işə salıblar
Biz simulyasiyada yaşayırıqmı? Bu suala hələlik birmənalı cavab yoxdur. Lakin Avropa Kosmik Agentliyinin Euclid kosmik teleskopuna nəzarət edən alimlər tarixdə ən böyük kainat simulyasiyasını təqdim ediblər.
Günəş sistemindəki üçüncü ulduzlararası obyektin olduqca kütləli olduğu təyin edilib

Günəş sistemindəki üçüncü ulduzlararası obyektin olduqca kütləli olduğu təyin edilib
Harvard astronomları və onların həmkarları iyul ayında kəşf edilmiş ulduzlararası 3I/ATLAS kometasını təhlil ediblər və onun anormal dərəcədə kütləvi olduğu qənaətinə gəliblər.
Donuz böyrəyini əldə etmiş pasiyent artıq 200 gündən çoxdur ki, stabil vəziyyətdə yaşayır

Donuz böyrəyini əldə etmiş pasiyent artıq 200 gündən çoxdur ki, stabil vəziyyətdə yaşayır
Çinli alimlər donuz böyrəyinin insana ksenotransplantasiyası üzrə uğurlu ara nəticələr barədə məlumat veriblər. Orqan artıq 200 gündür stabil fəaliyyət göstərir və bütün zəruri funksiyaları yerinə yetirir.
Ay ilə toqquşması gözlənilən asteroidə nüvə silahı ilə zərbə nəzərdən keçirilir

Ay ilə toqquşması gözlənilən asteroidə nüvə silahı ilə zərbə nəzərdən keçirilir
NASA-nın DART missiyası çərçivəsində Dimorf asteroidinin orbitini kosmik kamikadze zondunun toqquşması ilə dəyişdirməsi uğuru, Yer kürəsini təhlükəli asteroidlərlə toqquşmadan qoruma üsullarından birinin mümkünlüyünü göstərdi.
Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib

Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib
Alimlər planetlərin ulduz sistemlərində necə əmələ gəldiyini ümumi şəkildə təsəvvür edirlər, lakin bu prosesin bütün mərhələlərinin detalları hələ də tam aydın deyil. Xoşbəxtlikdən, kainatda saysız-hesabsız ulduzların arasında planet sistemlərinin təkamülünün hər mərhələsinə uyğun xarakterik nümunələr mövcuddur və bunları bizim sistemimizə də tətbiq etmək mümkündür.
Həftənin xəbərləri

