main-post-cover

    Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir

    Elm & Texnologiya
    19.05.2025
    Emil Nəcəfov
         ABŞ-dan olan alimlərin hazırladıqları yeni üsul genetik landşaftın bütövlüyünü qoruyaraq daha təhlükəsiz və universal genom redaktəsi strategiyasını təqdim edir. Artıq alimlər tam ölçülü genləri hədəf sahələrə yerləşdirə bilirlər və bunun üçün DNT-ni kəsməyə ehtiyac qalmır. Gələcəkdə bu texnologiya konkret mutasiyadan asılı olmayaraq genetik xəstəliklərin müalicəsi üçün pasientlərə tək seanslıq terapiya imkanı təqdim edə bilər. Genetik materialın viruslar vasitəsilə daşınmasından fərqli olaraq, CRISPR texnologiyası daha dəqiqdir və genomun redaktəsində daha yaxşı nəzarət imkanı verir. Lakin CRISPR-in DNT-nin kəsilməsinə əsaslanması səbəbilə arzuolunmayan mutasiyalar və natamam bərpa problemi hələ də qalır.
         Nature jurnalının yazdığına görə, Kolumbiya Universitetindən olan alimlərin yeni texnologiyası bu iki problemi aradan qaldırmaq üçün bakterial ferment kompleksi olan CAST-dan istifadə edir. Əvvəlcə alimlər CAST kompleksinin komponentlərini kodlayan əsas genləri bakteriyaları yoluxduran virus - bakteriofaqa yerləşdirdilər və sonrasında təkamül prosesinin təbii axarına davam etməsinə imkan verdilər. Nəticədə onlar CAST arxitekturasına təsir edən 5 zülalda 21 dəyişiklik olan optimallaşdırılmış ferment kompleksi əldə etdilər. Təcrübələr göstərdi ki, yeni kompleks - evoCAST - 10 000-dən çox nukleotiddən ibarət seqmentləri uğurla DNT-yə inteqrasiya edə bilir.
         Bu, tam genlərin DNT-yə yerləşdirilməsi üçün kifayət edir. “evoCAST genetik yükü yalnız bir fermentativ addımda genoma yerləşdirir və bu zaman genomda ikiqat qırılma yaratmır” - deyə tədqiqat müəllifləri vurğulayıblar. İlkin mərhələdə alimlər müxtəlif insan hüceyrə tipləri üzərində çalışaraq yeni materialın yerləşdirilə biləcəyi və hüceyrə funksiyalarını pozmayan təhlükəsiz sahələri hədəf alıblar. Test mərhələsi hələ davam edir, lakin alimlər bu texnologiyada genetik xəstəliklər zamanı gen funksiyalarının bərpası üçün daha sadə, təhlükəsiz və universal bir genom redaktəsi strategiyası görürlər.
    Mənbə: Nature.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib
    cinin-kosmik-stansiyasinda-yeni-nov-bakteriya-askar-edilib
    Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər
    bir-ulduz-istenilen-anda-gunes-sistemini-mehv-ede-biler
    Alimlər ilk həyatın formalaşdığı mühiti təkrarlaya biliblər
    alimler-ilk-heyatin-formalasdigi-muhiti-tekrarlaya-bilibler
    NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib
    nasa-nin-elmi-kompleksinde-26-nov-yeni-mikrob-askar-edilib
    Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib
    perseverance-aparati-marsda-ilk-defe-qutb-pariltisini-musahide-edib