main-post-cover

    Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər

    Elm & Texnologiya
    04.09.2025
    Emil Nəcəfov
         Alimlər hesab edirlər ki, onlar ağır kimyəvi elementlərin olmadıqları bir qalaktika kəşf ediblər. Onun mövcudluğu Böyük partlayış nəzəriyyəsinin əsas proqnozlarını təsdiqləyir. James Webb kosmik teleskopunun köməyi ilə astronomlar ilk dəfə AMORE6 adlanan qalaktikanı aşkar ediblər. Bu qalaktika ilkin, “təmiz” qalaktika ola bilər, yəni burada heliumhidrogendən ağır heç bir kimyəvi element yoxdur. Başqa sözlə, alimlərin fikrincə, onun metal bolluğu sıfırdır. Bu kəşf Böyük partlayış nəzəriyyəsini təsdiqləyir. Böyük partlayış zamanı, kainat sürətlə genişlənməyə başlayanda, ilk və ən yüngül kimyəvi elementlər - hidrogen, helium və cüzi miqdarda litium yaranmışdı. Daha ağır kimyəvi elementlər, hansı ki astrofiziklər onları metallar adlandırır, sonradan ilk ulduzların daxilində əmələ gəldilər. Bu ulduzlar yalnız hidrogen və heliumdan ibarət idi və onların metal bolluğu sıfır idi. Bu ulduzlar supernova kimi partladıqda, onlar kosmosu ağır kimyəvi elementlərlə zənginləşdirdilər.
         Ulduzlar qalaktikalarda yarandıqlarına görə, metallardan ibarət olmayan qalaktikaların mövcud olması lazım idi. Onların mövcudluğu kainatın yaranması və təkamülünü izah edən müasir kosmoloji modelin təsdiqi olardı. Lakin indiyədək astronomlar metal bolluğu sıfır olan qalaktikaları aşkar etməmişdilər. James Webb kosmik teleskopunun köməyi ilə astronomlar ilk dəfə AMORE6 adlanan qalaktikanı aşkar ediblər. Bu qalaktika ilkin, “təmiz” qalaktika ola bilər və burada helium və hidrogendən ağır heç bir kimyəvi element yoxdur. O, bu cür qalaktikaların mövcud olduğunu və eyni zamanda Böyük partlayış nəzəriyyəsini təsdiqləyir. Astronomların sözlərinə görə, bu qalaktika demək olar ki, ilkin ulduzlararası mühiti özündə saxlayır. AMORE6-nın xüsusiyyətləri ilk ulduzların yaranma modelinə uyğundur. AMORE6 qalaktikası Böyük partlayışdan 900 milyon - 1 milyard il sonra mövcud olub.
         Bu o deməkdir ki, onun işığı bizə təxminən 13 milyard il yol qət edərək çatıb. Astronomlar qalaktikada nisbətən az sayda ulduz aşkar ediblər, buna görə də onun ulduz kütləsi azdır. Həmçinin AMORE6 kompakt qalaktikadır. Bu xüsusiyyətlər, alimlərin dediklərinə görə, metallardan məhrum ilkin mühitdə ulduzların yaranması ilə uyğunluq təşkil edir. Bu qalaktika əvvəllər erkən kainatda aşkar edilmiş tam formalaşmış bəzi daha qədim qalaktikalar qədər yaşlı deyil. Astronomları bir qədər təəccübləndirən məqam odur ki, metallardan məhrum bu qalaktika Böyük partlayışdan demək olar ki, 1 milyard il sonra mövcud olub. Alimlərin sözlərinə görə, AMORE6-nın kəşfi Böyük partlayış nəzəriyyəsini təsdiqləyir. Uzun illərdir astronomlar güman edirdilər ki, erkən qalaktikalar müasir dövrdən xeyli fərqlənən şəraitdə formalaşıb. AMORE6-nın aşağı metal bolluğu bu fərziyyələri birbaşa təsdiqləyir. Bununla belə, tədqiqat nəticələrinin tam təsdiqi üçün daha detallı müşahidələrə ehtiyac var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib
    potensial-yadplanetlilerin-axtarisi-movzusunda-yeni-usul-teklif-edilib
    Yer kürəsinin geoloji tarixində riyazi qanunauyğunluqlar aşkar edilib
    yer-kuresinin-geoloji-tarixinde-riyazi-qanunauygunluqlar-askar-edilib
    Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb
    qaranliq-materiyanin-movcudlugunu-subhe-altina-atan-yeni-ferziyye-ireli-surulub
    Riyazi model Yer kürəsində həyatın spontan yaranması ehtimalını azaldır
    riyazi-model-yer-kuresinde-heyatin-spontan-yaranmasi-ehtimalini-azaldir
    Kanadalı alimlər soyuq termonüvə sintezi yolunda inqilabı addım atıblar
    kanadali-alimler-soyuq-termonuve-sintezi-yolunda-inqilabi-addim-atiblar