main-post-cover

    Alimlər ilkin qara dəliyin mövcudluğuna dair sübut aşkar etmiş ola bilərlər

    Elm & Texnologiya
    04.09.2025
    Emil Nəcəfov
         Erkən kainatda aşkar edilmiş kiçik qırmızı işıq ləkəsi superkütləli qara dəliklərin yaranma yolunun mövcudluğuna dair ilk birbaşa sübut ola bilər. Astronomlar James Webb kosmik teleskopunun əvvəllər aşkar etdiyi sirli “kiçik qırmızı nöqtələr”dən birinin kütləsini ölçüblər. Bu obyekt Böyük partlayışdan 600 milyon il sonra mövcud olub. Alimlərin fikrincə, QSO1 adlanan həmin kiçik qırmızı işıq ləkəsi Günəşin kütləsindən 50 milyon dəfə böyük olan bir qara dəlikdir. Əgər məlumatlar təsdiqlənsə, bu, Böyük partlayışdan sonrakı ilk anlarda yaranmış ilkin qara dəliklərin mövcudluğuna dair ilk birbaşa sübut ola bilər. Əvvəlki tədqiqatlar göstərir ki, “kiçik qırmızı nöqtələr” (LRD) adlandırılan obyektlər parlaq qırmızı işıqlarına görə belə adlanır və onlar kainatın yaranmasından 600 milyon il sonra mövcud olmuş kiçik qalaktikalardır. Daha dəqiq desək, LRD-lər daxilində qara dəliklərin yerləşdikləri aktiv qalaktika nüvələridir.
         Bu qalaktikalarda ulduzların sayı azdır və onların işığı qara dəliyin daxilinə düşən maddənin toplandığı akresiya diskindən çıxan şüalanmanı üstələyir. Yəni qara dəlik hələ də böyüyür və kütlə toplayır. LRD-lərin qırmızı işığı bu obyektlərin bizdən çox uzaqda olması ilə əlaqədardır və onların işığı elektromaqnit spektrinin qırmızı hissəsinə sürüşüb. Alimlərin sözlərinə görə, onlar QSO1 adlanan “kiçik qırmızı nöqtələr”dən birini araşdırıblar. Bu qalaktikadakı qara dəliyin kütləsi ulduzların kütləsi ilə müqayisədə həddindən artıq yüksəkdir. Həmçinin demək olar ki, ilkin olan mühiti nəzərə alaraq, alimlər belə qənaətə gəliblər ki, QSO1 böyüməyə başlamış superkütləli qara dəliyin rüşeymidir. Astronomlar uzun müddətdir ki, ilk ulduzların və ilk iri qara dəliklərin formalaşmasına dair birbaşa sübutlar axtarırlar, lakin bunu etmək çox çətindir.
         Lakin James Webb teleskopu kainatın ən uzaq keçmişinə nəzər salmağa və onun təkamülü barədə ən erkən mərhələlərdən bəzi ipucları əldə etməyə imkan verir. Astronomlar müəyyən ediblər ki, QSO1 qara dəliyinin ətrafındakı qalaktika son dərəcə kiçikdir və onun kütləsi qara dəliyin kütləsindən xeyli azdır. Böyük ehtimalla, qalaktika çox az sayda ulduz ehtiva edir. Alimlərin fikrincə, qara dəliyin Günəşin kütləsindən 50 milyon dəfə böyük olmasını nəzərə alsaq, bu, erkən, az kütləyə malik qalaktikalarda aşkar edilmiş ən iri qara dəlik ola bilər. Bu kəşf erkən kainatda qalaktikaların necə formalaşdığını anlamaq üçün açar ola bilər.
         Ehtimal olunur ki, əvvəlcə qara dəliklər yaranıb, daha sonra qalaktikalar onların ətrafında formalaşıb. Alimlər hesab edirlər ki, QSO1-in təbiətini izah etmək üçün qara dəliklərin ağır rüşeymləri deyilən modeldən istifadə etmək olar. Bu qara dəliklər ulduzların partlayaraq ölümü nəticəsində deyil, ilkin qaz buludlarının sıxılması yolu ilə və ya Böyük partlayışdan sonrakı ilk saniyədə ilkin qara dəliklər kimi meydana çıxmış ola bilər. Bir tərəfdən, qara dəlikləri müşayiət edən ultrabənövşəyi şüalanma QSO1-də müşahidə olunmayıb. Digər tərəfdən, ilkin qara dəliklər QSO1-dən xeyli kiçik olur. Lakin ehtimal edilir ki, bu qara dəlik həm maddə udulması, həm də qara dəliklərin toqquşması nəticəsində sürətli böyümənin məhsulu ola bilər. Bu isə QSO1-i ilkin qara dəliklərin mövcudluğuna dair potensial ilk birbaşa sübut edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər ağır elementlərə sahib olmayan "təmiz" qalaktikanı kəşf etmiş ola bilərlər
    alimler-agir-elementlere-sahib-olmayan-temiz-qalaktikani-kesf-etmis-ola-bilerler
    Potensial yadplanetlilərin axtarışı mövzusunda yeni üsul təklif edilib
    potensial-yadplanetlilerin-axtarisi-movzusunda-yeni-usul-teklif-edilib
    Yer kürəsinin geoloji tarixində riyazi qanunauyğunluqlar aşkar edilib
    yer-kuresinin-geoloji-tarixinde-riyazi-qanunauygunluqlar-askar-edilib
    Qaranlıq materiyanın mövcudluğunu şübhə altına atan yeni fərziyyə irəli sürülüb
    qaranliq-materiyanin-movcudlugunu-subhe-altina-atan-yeni-ferziyye-ireli-surulub
    Riyazi model Yer kürəsində həyatın spontan yaranması ehtimalını azaldır
    riyazi-model-yer-kuresinde-heyatin-spontan-yaranmasi-ehtimalini-azaldir