main-post-cover

    Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib

    Elm & Texnologiya
    20.08.2025
    Emil Nəcəfov
         2025-ci il iyunun 26-da Corciya ştatının Atlanta metropoliten rayonuna daxil olan McDonough şəhərciyinin sakini evində olarkən eyni anda 3 səs eşitdi: damın zərbə səsi, havalandırma kanallarının deşilməsi və döşəməyə dəyən zərbə. Bu 3 səsi 50 qramlıq meteorit çıxarmışdı - o, 1000 m/s sürətlə damdan döşəməyə qədər evi deşib keçmişdi. Alimlər qalıqları araşdıraraq müəyyən etdilər ki, bu meteorit planetimizdən daha qədimdir. Bundan bir qədər əvvəl Corciya üzərində təqribən 1 ton kütləsi olan, 1 metrlik bolid atmosferə daxil olmuşdu və həmin bolidin qırıntılarından biri yaşayış evini deşib keçmişdi.
         Georgia Universitetinin (UGA) tədqiqatçıları Atlanta sakininin evinin damına düşmüş meteoritin ehtimal edilən 50 qramından 23 qramlıq qalıqları çıxara biliblər. Meteorit qəbul olunmuş adlandırma praktikasına uyğun olaraq indeks və McDonough adı ilə qeydiyyata alındı. Beləliklə, McDonough meteoriti Corciya ştatında qeydə alınmış 27 meteoritin siyahısına daxil oldu və şahidlərin iştirakı ilə düşməsi qeydə alınan cəmi 6-cı meteorit oldu.
         Dərin araşdırmalar nəticəsində güclü optik və elektron mikroskoplardan istifadə edərək aparılmış tədqiqat göstərdi ki, meteorit az metal tərkibli adi xondritdir - oksigenin mövcud olduğu şəraitdə formalaşan daş meteoritin bir növü. Bu, meteoritin yaşının 4.56 milyard il olduğunu, yəni Yer kürəsindən daha qədim olduğunu göstərir. Ehtimal olunur ki, o, təqribən 470 milyon il əvvəl Mars Yupiter arasında yerləşən əsas kəmərdə asteroidlərin toqquşması nəticəsində yaranıb. Çerri pomidoru ölçüsündə olan bu meteoritin qalıqlarını öyrənmək sadəcə elmi maraq deyil. Yerə düşən meteoritlərin tərkibini və dinamikasını anlamaq alimlərə gələcəkdə daha iri və təhlükəli kosmik obyektlərlə ehtimal olunan toqquşmalara hazırlaşmağa kömək edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    James Webb Uranın daha öncə bilinməyən yeni peykini kəşf edib
    james-webb-uranin-daha-once-bilinmeyen-yeni-peykini-kesf-edib
    Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır
    cin-saturnun-peyki-enselada-tedqiqat-missiyasi-hazirlayir
    Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb
    gorme-qabilliyyetinin-emeliyyatsiz-korreksiya-usulu-hazirlanib
    Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib
    yer-kuresindeki-suyun-kosmosdan-geldiyi-ferziyyesine-dair-yeni-subut-elde-edilib
    Alimlər ən süni həyat formasını yaradıblar
    alimler-en-suni-heyat-formasini-yaradiblar