
Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır
Elm & Texnologiya
20.08.2025
Emil Nəcəfov
Elmi ictimaiyyətdə Çin alimlərinin cəsarətli planı barədə məlumatlar yayılıb. Söhbət, Saturnun peyki olan Enselada kosmik aparat göndərilərək onun potensial yaşama qabiliyyətinin araşdırılmasından gedir. Təşəbbüs Uzaq Kosmosun Tədqiqatı Laboratoriyası (DSEL) və Şanxay Peyk Texnologiyaları İnstitutu (SISE) mütəxəssislərindən gəlir. 2000-ci illərdə Cassini aparatı tərəfindən Enseladda su geyzerlərinin kəşfi, səthaltı okeanın mövcudluğunu təsdiqlədi və bu göy cisminə həyat üçün potensial məkan kimi marağı xeyli artırdı. Təklif olunan missiya orbit aparatının, eniş modulunun və qazma robotunun istifadəsini nəzərdə tutur. Orbital aparat Enseladı məsafədən tədqiq edəcək, buz qabığını xəritələşdirmək, maqnit sahəsini qiymətləndirmək və eniş yerlərini seçmək üçün lazer interferometri və infraqırmızı spektrometrdən istifadə edəcək. Eniş modulu məsafədən tədqiqatın nəticələrini təsdiqləmək üçün ölçmələr aparacaq.

Missiyanın kulminasiya nöqtəsi isə buz qabığında 5 km-dək dərinliyə qazma aparmaq, okeandan birbaşa nümunələr götürmək və biomarkerləri axtarmaq olacaq. Enselada missiya ciddi texniki çağırışlarla müşayiət olunur. Saturna qədər məsafə enerjiyə qənaətli uçuş trayektoriyalarının və avtonom idarəetmə sistemlərinin istifadəsini tələb edəcək. Ekstremal soyuq şəraitdə (-180 dərəcə Selsi) qazma aparmaq üçün kompakt nüvə reaktorunun istiliyindən istifadə edən lazer və termal qazmanı birləşdirən hibrid sistem təklif olunur. Buz qabığının altında naviqasiya üçün inersial naviqasiya sistemləri, eyni zamanda lokallaşdırma və xəritələşdirmə sistemləri, eləcə də akustik mövqeləndirmə texnologiyası tətbiq ediləcək. Aparatın enerji təchizatı kiçik modullu nüvə reaktorları və ya radioizotop termoelektrik generatorları ilə təmin olunacaq, çünki belə bir məsafədə günəş enerjisi qeyri-effektivdir.

Missiyanın uğurla həyata keçirilməsi böyük resurslar və texnoloji irəliləyişlər tələb edəcək, lakin buzlu göy cisimlərinin potensial yaşama qabiliyyəti barədə dəyərli biliklər qazandıracaq. Çin artıq bir sıra planetlərarası missiyaları həyata keçirib: 2020-ci ildə Marsa Tianwen-1 missiyası uğurla işə salındı, bu missiyaya orbital aparat və Zhurong adlı robotu daşıyan eniş platforması daxil idi. Zhurong 2021-ci ilin may ayında planetin səthinə uğurla eniş etdi. Gələcəkdə asteroid nümunələrinin qaytarılması üçün Tianwen-2 missiyası (bu ilin mayında işə salınıb), Marsdan nümunə gətirilməsi üçün Tianwen-3 missiyası (buraxılışı 2028-ci ilin sonuna planlaşdırılır), eləcə də Yupiter və onun Callisto peykinə yönəlmiş Tianwen-4 missiyası (təxmini 2029-cu ildə işə salınacaq) nəzərdə tutulur. Bu layihələr Günəş sisteminin uzaq bölgələrində daha mürəkkəb tədqiqatların həyata keçirilməsi üçün zəruri olan texniki və elmi təcrübənin toplanmasını təmin edir. Buraya Neptun və onun Triton peykinə mümkün missiya da daxildir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb

Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb
ABŞ-dan olan alimlər görmə qabiliyyətinin korreksiyası üçün yeni bir texnologiya üzərində çalışırlar. Bu texnologiya LASIK lazer əməliyyatlarını əvəz edə bilər.
Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib

Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib
12P/Pons-Brooks kometasının (Şeytan kometası adı ilə də tanınır) spektrindəki su izlərini öyrənmək, onun tərkibindəki suyun Yer üzündəki su ilə “demək olar ki, tamamilə eyni” olduğunu göstərdi.
Alimlər ən süni həyat formasını yaradıblar

Alimlər ən süni həyat formasını yaradıblar
Britaniya alimləri Yer üzündəki hər hansı digər canlı orqanizmdən daha mürəkkəb və nizama salınmış genetik koda malik süni bakteriya yaradıblar. Syn57 adlı bağırsaq çubuğu (Escherichia coli) bu günə qədər mümkün olmuş ən az kodon sayı ilə sintez olunub
Yadplanetli həyat növü susuz da mövcud ola bilər

Yadplanetli həyat növü susuz da mövcud ola bilər
Yeni araşdırma ehtimal edir ki, su həyat üçün zəruri komponent hesab olunsa da digər qaya tipli planetlərdəki həyat üçün mütləq lazım olmaya bilər. Yəni, bəlkə də həyat yalnız suya bağlı deyil və yadplanetli həyat növü qeyri-adi duzlu maye hesabına mövcud ola bilər.
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər

Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub.
Həftənin xəbərləri

