
Beyin qocalmasını ləngidən zülal aşkar edilib
Elm & Texnologiya
21.08.2025
Emil Nəcəfov
San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri beynin qocalmasında əsas rol oynaya biləcək bir zülalı müəyyən ediblər. Araşdırma göstərib ki, siçanlarda FTL1 zülalının artıqlığı yaddaş itkisinə, neyron əlaqələrinin zəifləməsinə və hüceyrə aktivliyinin azalmasına səbəb olur. Alimlər gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı fərdlərə bənzəməyə başlayıb. Əksinə, bu zülalın səviyyəsi yaşlı gəmiricilərdə azaldıldıqda, onların idrak funksiyaları bərpa olunub. Qocalma xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan hipokampusa güclü təsir göstərir.

Məhz burada tədqiqatçılar yaşlı heyvanlarda FTL1 səviyyəsində dəyişikliklər müşahidə ediblər. Alimlər gənc və yaşlı siçanların hipokampusunu müqayisə edərək müəyyən ediblər ki, yaş artdıqca səviyyəsi əhəmiyyətli dərəcədə yüksələn yeganə zülal FTL1-dir. FTL1 səviyyəsi yüksək olan yaşlı siçanlarda neyron əlaqələrinin daha az olduğu və idrak qabiliyyətlərinin zəiflədiyi müşahidə olunub. Tədqiqatçılar gənc siçanlarda FTL1 səviyyəsini süni şəkildə yüksəltdikdə, onların beyni və davranışı yaşlı heyvanların göstəricilərini xatırlatmağa başlayıb. Laboratoriya təcrübələrində FTL1 artıqlığı olan hüceyrələr normal budaqlanmış strukturlar əvəzinə sadə təkşüalı çıxıntılar formalaşdırıb.

Lakin yaşlı siçanlarda FTL1 səviyyəsinin azaldılması əks effektə gətirib çıxarıb. Neyron əlaqələri artıb və siçanlar yaddaş testlərində daha yaxşı nəticə göstərərək gənc yaşa xas idrak funksiyalarını nümayiş etdiriblər. Alimlər həmçinin qeyd ediblər ki, FTL1 hipokampus hüceyrələrinin metabolizmini zəiflədir, lakin metabolizmi stimullaşdıran birləşmələr bu təsirlərin qarşısını ala bilir. Kaliforniya Universiteti nəzdində fəaliyyət göstərən Qocalma Araşdırmaları İnstitutunun direktor müavini Saul Villeda-nın sözlərinə görə, burada müşahidə olunan sadəcə pozuntuların gecikməsi deyil, məhz “geriyə dönüş” effektidir. Tədqiqatçılar ümid edirlər ki, onların kəşfləri FTL1-in təsirini bloklayan və beynin qocalmasının nəticələrini yüngülləşdirən müalicə üsullarının hazırlanmasına gətirib çıxaracaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Milyardlarla il bundan öncə Serera cırtdan planeti həyat üçün münbit şəraitə sahib olub

Milyardlarla il bundan öncə Serera cırtdan planeti həyat üçün münbit şəraitə sahib olub
NASA-nın Dawn missiyası Mars və Yupiter arasında yerləşən əsas asteroid kəmərindəki Vesta asteroidini və Serera cırtdan planetini öyrənmək üçün həyata keçirilmişdi və 2018-ci ildə başa çatdı.
Günəş sisteminə gəlmiş üç ulduzlararası obyektin yaşı və hardan gəldiyi təyin edilib

Günəş sisteminə gəlmiş üç ulduzlararası obyektin yaşı və hardan gəldiyi təyin edilib
Son 8 ildə astronomlar Günəş sistemində Süd Yolu qalaktikasının digər hissələrindən gəlmiş üç ulduzlararası obyekt aşkar ediblər. Onlardan biri bu ilin iyulunda kəşf olunub.
Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib

Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib
2025-ci il iyunun 26-da Corciya ştatının Atlanta metropoliten rayonuna daxil olan McDonough şəhərciyinin sakini evində olarkən eyni anda 3 səs eşitdi: damın zərbə səsi, havalandırma kanallarının deşilməsi və döşəməyə dəyən zərbə.
James Webb Uranın daha öncə bilinməyən yeni peykini kəşf edib

James Webb Uranın daha öncə bilinməyən yeni peykini kəşf edib
James Webb öz inanılmaz həssaslığını Günəş sistemimizdə yeni kəşflə təsdiqlədi. O, Uranın əvvəllər məlum olmayan bir peykini aşkar edib və bununla da bu uzaq planetin məlum peyklərinin sayını 29-a çatdırıb.
Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır

Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır
Elmi ictimaiyyətdə Çin alimlərinin cəsarətli planı barədə məlumatlar yayılıb. Söhbət, Saturnun peyki olan Enselada kosmik aparat göndərilərək onun potensial yaşama qabiliyyətinin araşdırılmasından gedir.
Həftənin xəbərləri

