
Günəş sisteminə gəlmiş üç ulduzlararası obyektin yaşı və hardan gəldiyi təyin edilib
Elm & Texnologiya
20.08.2025
Emil Nəcəfov
Son 8 ildə astronomlar Günəş sistemində Süd Yolu qalaktikasının digər hissələrindən gəlmiş üç ulduzlararası obyekt aşkar ediblər. Onlardan biri bu ilin iyulunda kəşf olunub. Astronomlar onların hərəkət trayektoriyalarını təhlil edərək, haradan gəldiklərini və yaşlarını müəyyən ediblər. Uzun müddət astronomlar kosmosda ulduz sistemləri arasında hərəkət edən ulduzlararası obyektlərin mövcud ola biləcəyini güman edirdilər. Lakin 2017-ci ilə qədər bunun sübutu yox idi. 8 il əvvəl Günəş sistemində ilk ulduzlararası obyekt - asteroid olan 1I/Oumuamua aşkarlandı. 2019-cu ildə ikinci ulduzlararası obyekt - 2I/Borisov kometası tapıldı. Bu ilin iyulunda isə üçüncü ulduzlararası obyekt - 3I/ATLAS kometası müşahidə olundu.

Bu obyektlər astronomlar üçün böyük maraq kəsb edir, çünki onlar əslində digər ulduz sistemlərində planetlərin formalaşmasından qalan qalıqlardır və onların öyrənilməsi kosmik aparat göndərmədən Süd Yolu qalaktikasının digər bölgələrindəki şəraiti anlamağa kömək edə bilər. Yeni araşdırmanın müəllifləri üç ulduzlararası qonağın trayektoriyasını hesablayaraq, onların mənşəyini və yaşını müəyyən etməyə çalışıblar. Alimlər bildirirlər ki, əslində onlarla, bəlkə də yüzlərlə ulduzlararası obyekt mütəmadi olaraq Günəş sisteminə daxil olur, lakin indiyədək yalnız üçü aşkarlanıb. Lakin bu kəşflər digər ulduz sistemlərindən Günəşə daha yaxın məsafəyə asteroidlərin və kometaların daxil olduqlarını təsdiqləyir. Onlar öz ulduzları, planetləri və ya həmin ulduz sistemlərinin yanından keçən digər ulduzlarla qravitasiya qarşılıqlı təsiri nəticəsində atıla bilərlər.

Ulduzlararası obyektlərin mənşəyini müəyyənləşdirmək Süd Yolu qalaktikasında ulduz populyasiyalarının müxtəlifliyini və dinamikasını anlamaq üçün vacib addımdır. Məsələn, alimlərin fikrincə, 3I/ATLAS kometası, yəqin ki, qədim bir ulduz sistemindən atılıb və bu da onun daha gənc obyektlərdən fərqli təkamül proseslərindən keçə biləcəyini göstərir. Ulduzlararası obyektlərin mənşəyini öyrənmək bizə planet sistemlərinin müxtəlif quruluşlarını və obyektlərin ulduzlararası fəzaya hansı şərtlərdə atıldığını anlamağa kömək edir. Araşdırmalar üçün alimlər kosmos müşahidələrinə əsaslanan minlərlə mümkün ulduzlararası obyektin uçuş trayektoriyalarını əhatə edən modelləşdirmə yaratdılar. Nəticədə astronomlar alimlərin fikrincə ən etibarlı qiymətləndirməni əldə etdilər - üç ulduzlararası obyektin haradan gəldiyini müəyyən etdilər. Tədqiqat göstərdi ki, bu obyektlər müxtəlif yaşa və yerləşməyə malik ulduz sistemlərindən gəliblər.

- 3I/ATLAS kometası üç məlum ulduzlararası obyekt arasında ən qədimidir, çünki onun yaşı 4.6 milyard ildir. Bu kometa bizə Süd Yolunun qalın diskindən gəlib. Bu komponent qalaktikamızdakı Günəş sisteminin yerləşdiyi nazik diskdən daha qalındır və daha yaşlı ulduzlardan ibarətdir.
- 1I/Oumuamua obyekti isə Süd Yolunun nazik diskindən gəlib, burada yeni ulduzlar formalaşır və onun yaşı təxminən 1 milyard ildir.
- 2I/Borisov kometası da qalaktikamızın nazik diskindən gəlib, alimlər onun yaşını 1.7 milyard il olaraq qiymətləndiriblər.
Astronomların sözlərinə görə, nəticələr göstərir ki, ulduzlararası obyektlər təkcə gənc, yeni formalaşmış sistemlərdən deyil, qalaktikanın bütün tarixi boyunca planet sistemlərindən atılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib

Amerikalının evinin damını Yer kürəsindən də qədim olan meteorit deşib
2025-ci il iyunun 26-da Corciya ştatının Atlanta metropoliten rayonuna daxil olan McDonough şəhərciyinin sakini evində olarkən eyni anda 3 səs eşitdi: damın zərbə səsi, havalandırma kanallarının deşilməsi və döşəməyə dəyən zərbə.
James Webb Uranın daha öncə bilinməyən yeni peykini kəşf edib

James Webb Uranın daha öncə bilinməyən yeni peykini kəşf edib
James Webb öz inanılmaz həssaslığını Günəş sistemimizdə yeni kəşflə təsdiqlədi. O, Uranın əvvəllər məlum olmayan bir peykini aşkar edib və bununla da bu uzaq planetin məlum peyklərinin sayını 29-a çatdırıb.
Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır

Çin Saturnun peyki Enselada tədqiqat missiyası hazırlayır
Elmi ictimaiyyətdə Çin alimlərinin cəsarətli planı barədə məlumatlar yayılıb. Söhbət, Saturnun peyki olan Enselada kosmik aparat göndərilərək onun potensial yaşama qabiliyyətinin araşdırılmasından gedir.
Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb

Görmə qabilliyyətinin əməliyyatsız korreksiya üsulu hazırlanıb
ABŞ-dan olan alimlər görmə qabiliyyətinin korreksiyası üçün yeni bir texnologiya üzərində çalışırlar. Bu texnologiya LASIK lazer əməliyyatlarını əvəz edə bilər.
Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib

Yer kürəsindəki suyun kosmosdan gəldiyi fərziyyəsinə dair yeni sübut əldə edilib
12P/Pons-Brooks kometasının (Şeytan kometası adı ilə də tanınır) spektrindəki su izlərini öyrənmək, onun tərkibindəki suyun Yer üzündəki su ilə “demək olar ki, tamamilə eyni” olduğunu göstərdi.
Həftənin xəbərləri

