
Qlobal istiləşmə səbəbilə Braziliya yaşayış üçün yararsız hala gələ bilər
Elm & Texnologiya
21.05.2025
Emil Nəcəfov
Braziliya bu əsrdə yaşayış üçün yararsız hala gələ biləcək ölkələr sırasındadır. Səbəb isə ekstremal istiləşmənin yaratdığı təhlükədir. Bu, tropik bölgələrdə temperaturun fəlakətli şəkildə artması riskini göstərən tədqiqat məlumatlarında əks olunur. Hələ 2020-ci ildə Science Advances jurnalında dərc olunmuş bir araşdırmada 1979-2017-ci illər arasında ekstremal istilik hadisələrinin tezliyi təhlil edilmişdi. Alimlər belə halların sayının 3 dəfə artdığını müəyyən ediblər.

İnsan orqanizmi isə yüksək rütubət və 35 dərəcə Selsidən yuxarı temperatur şəraitində tərləmə yolu ilə soyumağa qadir olmur, bu isə həyati təhlükə yaradır. Əvvəllər Braziliya kritik bölgələr siyahısında yer almırdı, lakin artıq 2022-ci ildə NASA öz bloqunda bu ölkəni ölümcül istilərə qarşı ən həssas ölkələrdən biri kimi qeyd edib. Bu məlumatı iqlimşünaslar da təsdiqləyir. Xüsusilə, braziliyalı iqlim mütəxəssisi Carlos Nobre bildirib: “Söhbət təkcə Braziliyadan getmir. Əgər qlobal temperatur 4 dərəcə Selsi yüksəlsə, tropiklərin və hətta mülayim en dairələrinin böyük hissəsi yaşayış üçün yararsız ola bilər”.

The Nature Conservancy təşkilatının məlumatına görə, bu ssenari 100-200 il ərzində deyil, artıq növbəti 30-50 il ərzində baş verə bilər. Eyni zamanda Amazon bölgəsində də vəziyyət narahatedicidir. NASA-nın proqnozuna əsasən, 2041-2044-cü illər arasında qlobal temperatur daha 2 dərəcə Selsi artacaq ki, bu da xüsusilə Braziliyanın tropik meşələrinə ciddi təsir göstərəcək. Mümkün nəticələr:
- Quraqlıqların, yanğınların və güclü küləklərin artması;
- “Məhv edilən meşə qövsü” adlanan bölgədə rütubətin itirilməsi;
- Quraqlığa həssas növlərin məhv olması;
- Meşələrin savannaya çevrilmə riski və 250 milyard tonadək CO2 emissiyası - bu isə Paris Sazişi çərçivəsində qlobal kvotanın 75%-nə bərabərdir.

Təhlükə altında olan yalnız təbiət deyil. Məsələn, San-Paulu, Rio-de-Janeyro və Salvador kimi urbanizasiya olunmuş şəhərlər artıq “istilik adası” effektindən əziyyət çəkirlər. Bu zaman şəhərlərdə temperatur beton, asfalt və yaşıllıqların azlığı səbəbindən orta göstəricidən 5 dərəcə Selsi daha yüksək olur. NASA qeyd edir ki, 2070-ci ilə qədər dünyanın böyük bir hissəsi, o cümlədən Braziliya, yaşayış üçün yararsız hala gələ bilər. Qlobal ekosistemlər artıq bu gündən dağılmaqdadır və təcili tədbirlər görülməsə, bəşəriyyət iqlim fəlakəti üzərində nəzarəti itirmək riski ilə üz-üzə qalacaq.
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science news
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib

Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib
Son dərəcə sıx bir qalaktika, naməlum formada olan qaranlıq materiyanın mövcudluğunu göstərən ilk açıq sübut ola bilər və bu kəşf bu sirli kosmik substansiya haqqında anlayışlarımızı dəyişə bilər.
Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər

Bizə yaxın digər ulduz sisteminin planetlərində potensial su okeanları ola bilər
Alimlər belə qənaətə gəliblər ki, TRAPPIST-1 sistemindəki bəzi planetlər maye su okeanları ilə örtülmüş ola bilər, lakin onların yaşam üçün potensial münbit şəraitə sahib olmaları hələ də açıq sual olaraq qalır.
Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir

Yeni texnologiya insan DNT-nə bütöv geni yerləşdirə bilir
ABŞ-dan olan alimlərin hazırladıqları yeni üsul genetik landşaftın bütövlüyünü qoruyaraq daha təhlükəsiz və universal genom redaktəsi strategiyasını təqdim edir.
Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib

Çinin kosmik stansiyasında yeni növ bakteriya aşkar edilib
Çinli alimlər Tiangong adlı kosmik stansiyasında Yer mənşəli tanınmış bir bakteriyanın yeni variantı olan yeni bir bakteriya ştammı aşkar ediblər. Yeni mikroorqanizmə Niallia tiangongensis adı verilib və o, 2023-cü ilin may ayında Tiangong kosmik stansiyasının daxilində aşkarlanıb.
Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər

Bir ulduz istənilən anda Günəş sistemini məhv edə bilər
Astronomlar müəyyən ediblər ki, Günəşə yaxın məsafədən keçən ulduzlar Günəş sistemindəki bəzi planetlərin orbitlərini dəyişdirə və nəticədə onların məhvinə səbəb ola bilər. Əvvəllər planetlərin orbitlərinin sabit olduğu hesab edilirdi, lakin yeni araşdırmalar bunun belə olmadığını göstərir.
Həftənin xəbərləri

